Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlığı möhkəmləndirir
Azərbaycan və Pakistan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Danışıqlar Pakistan Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun oktyabrın 18-21-də Azərbaycana səfəri çərçivəsində baş tutacaq. Bunu Trend-ə diplomatik mənbədən deyiblər.
Səfər zamanı tərəflərin regionda təhlükəsizliklə bağlı vəziyyəti də müzakirə edəcəyi gözlənilir.
Trend.az