Azərbaycanın Rusiyadan helikopter və zirehli texnika almasına dair danışıqlar aparılır
Rusiya və Azərbaycan arasında hərbi texnika satışına dair danışıqlar aparılır.
APA-nın “Rambler” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə iki ölkənin hökumətlərarası komissiyasındakı mənbədən məlumat verilib.
Azərbaycana hərbi texnikanın çatdırılmasına dair müzakirələr qapalı keçirilir.
Mənbənin sözlərinə görə, danışıqlar əsasən, Azərbaycana helikopter və zirehli texnika satışı ilə bağlı aparılır.
Apa.az