Pan Gi Mun dünyada müharibə edən tərəflərə çağırış edib

Posted by

Pan Gi Mun dünyada müharibə edən tərəflərə çağırış edibPan Gi Mun dünyada müharibə edən tərəflərə çağırış edib

Pan Gi Mun dünyada müharibə edən tərəflərə çağırış edib

“Mən qətllərin, dağıntıların dayandırılması və davamlı sülhün təmin olunmasına çağırıram”.

 

 

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibi Pan Gi Mun hər il sentyabrın 21-də qeyd olunan Beynəlxalq Sülh Günü ilə bağlı müraciətində bildirib.

 

BMT Baş katibi bütün müharibə edən tərəfləri bir günlük atəşkəsə əməl etməyə çağırıb.

Onun sözlərinə görə, bu il Beynəlxalq Sülh Günü zorakılıq və qeyri-stabillik yaradan münaqişələrin baş verdiyi dövrə təsadüf edir.

 

“Məyus olmaq əvəzinə, üzərimizə məsuliyyət götürməli və dünyada hazırda hökmranlıq edən qəddarlıq və cəzasızlığa son qoyulmasını tələb etməliyik” – deyə o, bildirib.

 

 

Pan Gi Mun gələcək nəsilləri müharibənin gətirdiyi fəlakətlərdən qorumağa çağırmaqla yanaşı, bu məsələdə gənclərin də mühüm rolunu vurğulayıb.

 

Apa.az