Azərbaycanın Baş naziri Artur Rasizadə və Çexiya Prezidenti Miloş Zeman birgə işçi nahar ediblər
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da birgə işçi nahar ediblər.
Səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
AZƏRTAC