Azərbaycan 2016-cı ilin dövlət büdcəsində də müdafiə xərclərini artırır

Posted by

Azərbaycan 2016-cı ilin dövlət büdcəsində də müdafiə xərclərini artırırAzərbaycan 2016-cı ilin dövlət büdcəsində də müdafiə xərclərini artırır

Azərbaycan 2016-cı ilin dövlət büdcəsində də müdafiə xərclərini artırır

Büdcə proznozlarına görə, 2016-cı ildə müdafiə sahəsinə 1 milyard 837 milyon 800 min manat ayrılması gözlənilir. Bu barədə Trend-ə Maliyyə Nazirliyindən bildiriblər.

 

Məlumata görə, gələn ilə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən ilin dövlət büdcəsinin proqnozu ilə müqayisədə 59,3 milyon manat 3,3% çoxdur.

 

Ümumiyyətlə isə, Azərbaycanda müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2016-cı il dövlət büdcəsi xərclərinin 18,3%-i həcmində vəsait nəzərdə tutulub.

 

Qeyd edək ki, gələn ilin büdcə xərclərinin 16, 264 milyard manat olacağı proqnzlaşdırılır.

 

Trend.az