Azərbaycan ilə San-Marino arasında saziş və konvensiya imzalanıb

Posted by

Azərbaycan ilə San-Marino arasında saziş və konvensiya imzalanıbAzərbaycan ilə San-Marino arasında saziş və konvensiya imzalanıb

Azərbaycan ilə San-Marino arasında saziş və konvensiya imzalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov San-Marinonun xarici işlər naziri Paskal Valentini ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Azərbaycan Respublikası Hökuməti və San-Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş və “Azərbaycan Respublikası və San-Marino Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiya imzalanıb.

 

E.Məmmədyarov səfərin Azərbaycan və San-Marino arasında münasibətlərin inkişafı baxımından tarixi səfər olduğunu deyib və bunun əlaqələrin gələcəyi üçün yeni bir səhifə açdığını deyib.

 

P.Valentini regiona ilk səfərini Azərbaycana etməsindən məmnun olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edən kapitan-regentlər Andrea Belluzi və Roberto Venturinin ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

 

Görüşdə Azərbaycan və San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb və Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakının mümkünlüyü qeyd edilib.

 

Daha sonra Avropa İttifaqı ilə əlaqələrin qurulmasına münasibətdə hər iki ölkənin mövqeyi barədə geniş fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Dünyanın siyasi arenasında baş verən proseslərin müzakirəsi zamanı P.Valentini beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində bütün dövlətlərə eyni yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin hələ də icra olunmamasının üzv dövlətlərə qarşı eyni yanaşmanın tətbiq edilmədiyinə bariz nümunə olduğunu bildirib.

 

AZƏRTAC