Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı əhaliyə müraciət edib

Posted by

Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı əhaliyə müraciət edibRespublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı əhaliyə müraciət edib

Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı əhaliyə müraciət edib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

 

Mərkəzdən APA-ya verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: “Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir”.

 

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

 

Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

 

 

Apa.az