Təhsil Nazirliyli “Elektron Təhsil” layihəsinə başlayacaq
Sentyabrın 21-də “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Həmçinin onlara dəstək olmaq, yeni tədris üsulları barədə təhsil ictimaiyyətini məlumatlandırmaq və tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaqdır.
Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək.
Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi hədiyyələr təqdim olunacaq.
Trend.az