Elmar Məmmədyarov İƏT xarici işlər nazirlərinin 42-ci sessiyasında iştirak etmək üçün Küveytə gedib
Mayın 27-28-də Əl-Küveyt şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin 42-ci sessiyası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak etmək üçün Küveytə yola düşüb.
Nazirin sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Apa.az