Milli Məclisin iclası təxirə salınıb
Milli Məclisin bu günə təyin edilən iclası təxirə salınıb. İclas mayın 15-də keçiriləcək.
Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
A. Təvəkküloğlu bildirib ki, hazırda millət vəkillərinin bir qismi müxtəlif görüşlərdə, tədbirlərdə iştirak etmək üçün nümayəndə heyətlərinin tərkibində xarici ölkələrdə səfərdə, bir qismi Heydər Əliyevin ad günü ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkələrdədirlər.
A. Təvəkküloğlu parlamentin gündəliyinə bəzi yeni məsələlərin daxil edilməsinin də istisna edilmədiyini söyləyib. Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq, Milli Məclisin növbəti iclasının mayın 15-də keçirilməsi məqsədəuyğun sayılıb.
Apa.az