Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Gəncədəki hərbi hissəni ziyarət ediblər

Posted by

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Gəncədəki hərbi hissəni ziyarət ediblərXarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Gəncədəki hərbi hissəni ziyarət ediblər

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Gəncədəki hərbi hissəni ziyarət ediblər

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşelər Gəncə şəhərində yerləşən hərbi hissədə olublar.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, on üç dövləti təmsil edən hərbi attaşelər burada əsgər yeməkxanası, yataqxanaları, məşğələ otaqlarına baş çəkiblər. Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərində də iştirak ediblər. Hərbi attaşelər burada yaradılmış xidmət və məişət şəraitindən, tədrisin səviyyəsindən məmnun qalıblar.

 

Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində onun əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya tamaşa ediblər.

 

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Apa.az