Ombudsman BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətinin rəhbərini qəbul edib

Posted by

Ombudsman BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətinin rəhbərini qəbul edibOmbudsman BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətinin rəhbərini qəbul edib

Ombudsman BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətinin rəhbərini qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətinin rəhbəri Aişə Şujun Muhammədi qəbul edib.

 

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, görüşdə qonaqlara ölkəmizdə işgəncələrin qarşısının alınması üzrə milli preventiv mexanizm (MPM) funksiyalarını həyata keçirən Ombudsmanın MPM qismində fəaliyyəti, görülmüş işlər barədə ətraflı məlumat verilib.

 

Milli Preventiv Qrupun (MPQ) saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, təhsil, səhiyyə və sosial obyektlərə həyata keçirdiyi başçəkmələr, bu sahədə qanunvericiliyə və müvafiq dövlət qurumlarına verilmiş təklif və tövsiyələr, hüquqi maarifləndirmə tədbirləri ilə bağlı geniş məlumat qonaqlara təqdim olunub.

 

Apa.az