Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların reabilitasiya və tibb müəssisələrinə aparılıb-gətirilməsi üçün aylıq müavinət təyin edilib

Posted by

Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların reabilitasiya və tibb müəssisələrinə aparılıb-gətirilməsi üçün aylıq müavinət təyin edilibAzərbaycanda evdə təhsilə cəlb olunan uşaqların reabilitasiya və tibb müəssisələrinə aparılıb-gətirilməsi üçün aylıq müavinət təyin edilib

Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların reabilitasiya və tibb müəssisələrinə aparılıb-gətirilməsi üçün aylıq müavinət təyin edilib

Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayrılacaq vəsaitlə bağlıdır.

 

Dəyişikliyə əsasən evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən edilib.

 

Apa.az