“Məhkəmə təcrübəsində qadın və uşaq hüquqları” mövzusunda müzakirələr aparılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə əməkdaşlıq çərçivəsində aprelin 17- də Bakı şəhərinin rayon hakimlərinin iştirakı ilə “Məhkəmə təcrübəsində qadın və uşaq hüquqları” mövzusunda “dəyirmi masa” təşkil edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının sədri Şahin Yusifov və AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı son illər aparılan ardıcıl siyasət nəticəsində uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərdən danışıblar.
Qeyd olunub ki, ölkəmiz bu sahədə müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müvafiq qanunlar qəbul edilib. Lakin bütün bunlara baxmayaraq, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində müəyyən boşluqlar var.
“Dəyirmi masa”da məhkəmədə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsinin nəzəri və praktiki məqamları, bu sahədəki çatışmazlıqlar müzakirə olunub.
AzərTac.az