Elmar Məmmədyarov Latviyanın Baş naziri ilə görüşüb

Posted by

Elmar Məmmədyarov Latviyanın Baş naziri ilə görüşübElmar Məmmədyarov Latviyanın Baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Latviyanın Baş naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Baş naziri xanım Laimdota Strauyuma ilə görüşüb.

 

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunuq ifadə olunub.

 

İkitərəfli siyasi münasibətlərin ruhuna uyğun olaraq, iqtisadi və ticarət əlaqələrinin daha da inkişafi üçün mütəmadi əsasda biznes-forumlar və işgüzar görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.

 

Latviyanın Avropa İttifaqına sədrliyə başlaması münasibətilə təbrik edən E.Məmmədyarov Latviyanın sədrlik dönəmini uğurla başa vuracağını əminliyini bildirib. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə toxunannazir Azərbaycanın bu təşkilatla əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu bildirib və enerji sahəsində Aİ və Azərbaycan arasında strateji xarakterli münasibətlərin mövcud olduğunu qeyd edib.

 

Baş nazir L.Strauyuma Azərbaycanın Avropa İttifaqının enerji sahəsində vacib tərəfdaşı olduğunu qeyd edib və Azərbaycanın Avropa İttifaqı çərçivəsində may ayında keçiriləcək “Şərq tərəfdaşlığı” üzrə Riqa sammitində ən yüksək səviyyədə iştirakını səbirsizliklə gözlədiklərini bildirib.

 

E.Məmmədyarov iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərinin ən yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb və Latviyanı təmsil edən atletlərin uğurlu çıxışına ümidvar olduğunu qeyd edib.

 

Trend.az