Azərbaycan ilə Serbiyanın əlaqələri yüksək səviyyədədir

Posted by

Azərbaycan ilə Serbiyanın əlaqələri yüksək səviyyədədir

Azərbaycan ilə Serbiyanın əlaqələri yüksək səviyyədədir

 

 

Azərbaycan ilə Serbiyanın əlaqələri yüksək səviyyədədir

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, təkbətək keçən görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

 

Baş nazir Artur Rasizadə Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin olduğunu bildirib, əlaqələrimizin daha da inkişafı üçün əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin və müxtəlif səviyyəli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyi qeyd edilib.

 

Humanitar sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Ölkələrimiz arasında möhkəm hüquqi bazanın mövcud olduğu diqqətə çatdırılıb. Əlaqələrin inkişafında diplomatik nümayəndəliklərin böyük fəallıq göstərdikləri bildirilib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat verən Baş nazir Artur Rasizadə bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Serbiya tərəfinə minnətdarlığını bildirib.

 

Baş nazir Aleksandr Vuçiç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən Baş nazir Azərbaycanın və Serbiyanın hər zaman bir-birini dəstəklədiklərini vurğulayıb. Aleksandr Vuçiç iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd edib.

 

AzərTac.az