Slovakiyalı millət vəkilləri Azərbaycana gəlir

Posted by

Slovakiyalı millət vəkilləri Azərbaycana gəlirSlovakiyalı millət vəkilləri Azərbaycana gəlir

Slovakiyalı millət vəkilləri Azərbaycana gəlir

Slovakiyalı millət vəkilləri Azərbaycanda səfərdə olacaqlar.

 

Bu gün slovakiyalı millət vəkillərinin Azərbaycana səfəri başlayır. Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə həyata keçirilən səfər aprelin 8-11-də baş tutacaq.

 

AAC-dən Trend-ə verilən məlumata görə, Slovakiya-Azərbaycan Dosluq qrupunun sədri, Konstitusional və hüquqi məsələlər üzrə komitənin sədri Robert Madejinin (SMER-SD Partiyası) rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Parlament Assambleyasındakı Slovakiya nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə komitənin üzvü Olqa Naxtmannova (SMER-SD Partiyası), Sosial məsələlər üzrə komitənin üzvü Uiliam Jasan (SMER-SD Prtiyası), Xarici əlaqələr komitəsinin üzvü Marian Keri (SMER-SD Prtiyası), Konstitusional və hüquqi məsələlər üzrə komitənin üzvü Edita Pfundtner (müstəqil) və Mandat və Toxunulmamamzlıq komitəsinin üzvü Miroslav Kaduc (OĽaNO Partiyası) daxildir.

 

Slovakiyalı millət vəkillərinin səfər proqramında Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və ASAN Xidmətində görüşləri nəzərdə tutulub. Qonaqlar həmçinin Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Parlamentarilərin məcburi köçkün düşərgəsinə də baş çəkəcəkləri nəzərdə tutulur.

 

Trend.az