Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərinə qatılacaqlar

Posted by

Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərinə qatılacaqlarMilli Məclisin üzvləri Avronest PA-nın tədbirlərinə qatılacaqlar

Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərinə qatılacaqlar

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və komitənin sədr müavini Rövşən Rzayev Avronest Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün fevralın 10-da Fransanın Strasburq şəhərinə səfərə gedəcəklər.

 

MM-dən APA-ya verilən məlumata görə, qurumun Siyasi və İqtisadi komitələrinin üzvü olan Ə. Hüseynli Avronest PA-nın Büro iclasında Azərbaycanı təmsil edəcək.

 

Büroda bir sıra təşkilati məsələlərə baxılacaq. Belarus üzrə və Prosedur qaydaları üzrə işçi qrupların 2014-cü ildəki fəaliyyətinə nəzər salınacaq, Daimi komitələrdə hazırlanmış məruzə layihələri ilə, həmçinin Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə ünvanlanacaq məktubla bağlı fikir mübadiləsi aparılacaq. Prosedur qaydaları üzrə işçi qrupun həmsədri, Sosial komitənin üzvü Rövşən Rzayev isə Avronest PA-nın plenar sessiyası və Daimi komitələri üzrə prosedur qaydalarına təklif edilən əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsinə qatılacaq.

 

Səfər fevralın 13-də başa çatacaq.

 

Apa.az