Ekologiya və təbii sərvətlər nazirinin Sabirabadda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Posted by

Ekologiya və təbii sərvətlər nazirinin Sabirabadda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilibEkologiya və təbii sərvətlər nazirinin Sabirabadda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Ekologiya və təbii sərvətlər nazirinin Sabirabadda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun 23 yanvarda Sabirabad şəhərində vətəndaşlarla nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş yanvarın 30-na təyin olunub.

 

H.Bağırov görüşdə Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

 

Görüş saat 10.00-da Sabirabad şəhərində, Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 95) keçiriləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri, Vidadi küçəsi 3, əlaqə telefonları: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) xahiş olunur.

 

 

Apa.az