Ərdoğan: Müsəlman ölkələri BMT-də öz hüquqlarını müdafiə etməlidir

Posted by

Ərdoğan: Müsəlman ölkələri BMT-də öz hüquqlarını müdafiə etməlidirƏrdoğan: Müsəlman ölkələri BMT-də öz hüquqlarını müdafiə etməlidir

Ərdoğan: Müsəlman ölkələri BMT-də öz hüquqlarını müdafiə etməlidir

Müsəlman ölkələri BMT-də söz sahibi olmalıdırlar. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq regionunda baş verən son hadisələr haqqında danışarkən bildirib.

 

Onun sözlərinə görə, dünya BMT-nin ədalətliliyinə ümid etməməlidir.

 

Prezident qeyd edib ki, təəssüflər olsun ki, hazırda dünyanın taleyi beş ölkədən (BMT TŞ-nin beş daimi üzvü – red.) asılıdır: “Müsəlman ölkələri bu strukturlar uğrunda mübarizə aparmalıdır”.

 

Dövlət başçısının sözlərinə görə, əgər müsəlman ölkələri özləri öz hüquqları uğrunda mübarizə aparmasalar, heç kim bunu onların yerinə etməyəcək.

 

Bir müddət əvvəl R.T.Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunu dəyişdirməyə çağırmışdı.

 

O, qeyd edib: “Bütün beynəlxalq münasibətləri təkcə beş dövlətin idarə etməsi ədalətsizlikdir”.

 

Trend.az