Milli Məclisdə Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Posted by

Milli Məclisdə Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Milli Məclisdə Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

 

 

Milli Məclisdə Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Yanvarın 19-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

 

Oqtay Əsədov Yaponiya nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib və qeyd edib ki, qarşılıqlı səfərlər ölkələrarası əlaqələrin inkişafına töhfə verir. Bundan başqa, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir ki, bu qrupların nümayəndələrinin də qarşılıqlı səfərləri parlamentlərarası əməkdaşlığın inkişafına təkan verir.

 

Azərbaycanın Yaponiya ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini deyən sədr ölkələrimiz arasındakı münasibətlərin hazırda dinamik inkişaf etdiyini deyib.

 

Oqtay Əsədov bildirib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr genişlənir, hüquqi baza daha da gücləndirilir. İndiyədək Azərbaycan ilə Yaponiya arasında 17 sənəd imzalanıb, 20-dən çox sənəd üzərində isə iş aparılır.

 

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat verib.

 

Minoru Kiuçi Azərbaycana səfərlərindən məmnun qaldıqlarını bildirib. O, Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini, Avropada və beynəlxalq təşkilatlardakı rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Yaponiya Azərbaycan ilə təkcə iqtisadi yox, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə də əlaqələrin inkişafına xüsusi önəm verir. Bildirilib ki, Azərbaycana gəlişinin əsas səbəbi də qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

AzərTac.az