Azərbaycan MN: Ermənistanın itkiləri açıqlanan rəqəmdən dəfələrlə çoxdur

Posted by

Azərbaycan MN: Ermənistanın itkiləri açıqlanan rəqəmdən dəfələrlə çoxdurAzərbaycan MN: Ermənistanın itkiləri açıqlanan rəqəmdən dəfələrlə çoxdur

Azərbaycan MN: Ermənistanın itkiləri açıqlanan rəqəmdən dəfələrlə çoxdur

“Ermənistan Silahlı Qüvvələrinin 2014-cü ildə verdiyi itkilərin sayı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin açıqladığı rəqəmdən dəfələrlə çoxdur”.

 

Bunu APA-ya açıqlamasında Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin 2014-cü ildə erməni tərəfinin itkiləri barədə hesabatını şərh edən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

Onun sözlərinə görə, Ermənistan tərəfi daim cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd göstərir: “Ancaq hər dəfə də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri onlara layiqli cavab verir, işğalçıların canlı qüvvəsini məhv edərək geri oturdur. Əgər Ermənistan ordusundakı hərbi hissələrdəki acınacaqlı vəziyyətdən, xəstəlikdən, nizamnamədən kənar münasibətlərdən və digər hadisələrdən ölənlərin sayı 45 nəfər olaraq rəsmən təsdiqlənirsə, deməli, ermənilərin gizlətdikləri və birbaşa döyüş mövqelərində yerləşən hərbi bölmələrdə ölən və yaralananların sayı daha artıqdır. Müxtəlif mənbələrdən əldə olunan dəqiq məlumatlar onu deməyə əsas verir ki, göstərilən bu rəqəm yalnız arxa cəbhədə, qeyri-döyüş şəraitində ölən erməni hərbi qulluqçuların sayını əhatə edir. Həqiqətdə isə onların itkiləri qeyd edilən rəqəmdən ən azı 3-4 dəfə çoxdur. Cəbhədə ölənləri gizlətmək praktikasını yaxşı mənimsəmiş düşmən əsasən dünyanın müxtəlif ölkələrindən işğal olunmuş ərazilərimizə gətirdikləri muzdlu qatilləri, müqavilə əsasında xidmət edən hərbi qulluqçuları, Dağlıq Qarabağ ərazisində yaşayan Qarabağ ermənilərinin ölümünü ört-basdır edir və itkilərinin sayını süni surətdə azaldır”.

 

Qeyd edək ki, təkcə 2014-cü ilin yay aylarında cəbhədəki gərginlik zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Ordusunun 50-dən çox hərbçisi məhv edilib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin son hesabatında isə 2014-cü ildə Ermənistan Silahlı Qüvvələrində 45 nəfərin öldüyü göstərilib. Avqust ayının əvvəllərində cəbhədə təxribatlara cəhd edərkən Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş bir neçə erməni hərbçisi barədə məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilsə də bir ay sonra həmin şəxslər, onların fotoları və digər məlumatlar ermənilərə məxsus sosial şəbəkələrdə yayılıb.

 

Apa.az