Ankarada Türkiyə və Azərbaycan prezidentləri arasında təkbətək görüş başlayıb

Posted by

Ankarada Türkiyə və Azərbaycan prezidentləri arasında təkbətək görüş başlayıbYeni prezident iqamətgahında Azərbaycan prezidentinin təntənəli qarşılanma mərasimi keçirilib

Ankarada Türkiyə və Azərbaycan prezidentləri arasında təkbətək görüş başlayıb

Türkiyə prezidentinin yeni iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin təntənəli qarşılanma mərasimi keçirilib.

 

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, mərasim tarixdə mövcud olmuş 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlərin iştirakı ilə ilk dəfə açıq havada keçirilib.

 

Azərbaycan prezidenti İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

 

Rəcəb Tayyib Ərdoğan Türkiyə nümayəndə heyətini İlham Əliyevə, İlham Əliyev isə Azərbaycan nümayəndə heyətini Rəcəb Tayyib Ərdoğana təqdim edib.

 

Sarayın qarşısında foto çəkiləndən sonra prezidentlər arasında təkbətək görüş başlayıb.

 

Apa.az