Litva radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə hazırdır

Posted by

Litva radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə hazırdır

Litva radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə hazırdır

Litva radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan ilə əməkdaşlığı genişləndirməyə hazırdır

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Litva Respublikasının Radiasiya Təhlükəsizliyi Mərkəzi və Layihələrin İdarə Olunması Agentliyi ilə birlikdə həyata keçirdiyi “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişafı” layihəsinin yekunlarına dair toplantı keçirilib.

 

FHN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə layihənin həyata keçirilməsi prosesindən və yekunlarından bəhs edib.

 

Avropa İttifaqının nümayəndəsi Yurgen Uilyams Azərbaycanda bu sahədə dövlət agentliyinin yaranmasının təqdirəlayiq olduğunu bildirib. Y.Uilyams bu “Tvinning” layihəsinin Azərbaycanda kifayət qədər qiymətləndirilməsindən məmnunluğunu vurğulayıb. İndiyədək Avropa İttifaqı tərəfindən Azərbaycanda 30 layihə reallaşdırılıb. Ümidvaram ki, layihənin icrasında ekspert kimi çıxış edən Litva ilə Azərbaycan arasında əməkdaşlıq davam etdiriləcək.

 

Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas da layihənin nəticələrini yüksək qiymətləndirib, faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, bu sahədə həyata keçirilən layihələrə Azərbaycan hökumətinin böyük dəstək verdiyini qeyd edib. Səfir deyib ki, Litva radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdirməyə və genişləndirməyə hazırdır.

 

Layihənin nəticələri barədə danışan Litva Radiasiya Təhlükəsizliyi Mərkəzinin direktoru Albinas Mastauskas qeyd edib ki, layihə Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyinin inkişafına mühüm töhfə verib. Azərbaycanın nüvə və radiasiya təhlükəsizliyi sahəsində qanunvericiliyi Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılıb, nüvə və radiasiya təhlükəsizliyi üzrə dövlət proqramının layihəsi hazırlanıb. Bu çərçivədə, həmçinin FHN-in ehtiyacları üçün radioloji laboratoriyaların imkanlarının gücləndirilməsi də vacib məsələlərdəndir.

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov da çıxış edərək layihənin Azərbaycan üçün əhəmiyyətini diqqətə çatdırıb. O, layihə çərçivəsində yüksək nəticələrə nail olunduğunu qeyd edib.

 

Toplantı çərçivəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

 

AzərTac.az