Azərbaycan və Tacikistan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək istəyirlər

Posted by

Azərbaycan və Tacikistan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək istəyirlərAzərbaycan və Tacikistan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək istəyirlər

Azərbaycan və Tacikistan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək istəyirlər

Azərbaycan səfiri Abbasəli Həsənovla Tacikistanın S.Ayni adına Dövlət Pedaqoji Universitetinin rektoru N.Salimov arasında görüş keçirilib.

 

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tərəflər N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Tacikistanın S.Ayni adına Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin 15-16 oktyabr 2014-cü ildə Tacikistana rəsmi səfəri zamanı iki ölkənin Elmlər akademiyaları arasında imzalanmış əməkdaşlıq sazişinin əhəmiyyəti vurğulanıb və elm sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

 

Səfir A.Həsənov hömsöhbətinə birgə elmi layihələrin hazırlanmasını, Azərbaycan və Tacikistanın tanınmış şair və mütəfəkkirlərinin əsərlərinin surətlərinin mübadilə edilməsini, onların həyat və yaradıcılığına həsr olunmuş tədbirlərin keçirilməsini təklif edib. Misal olaraq qeyd edə bilərik ki, 2015-ci ildə Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi və Azərbaycan alimlərinin iştirakı ilə Tacikistanda Azərbaycanın görkəmli şairi Xaqani Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş elmi simpoziumun keçirilməsi nəzərdə tutulub.

 

N.Salimov hələ Sovet dövründə şərqşünaslıq və digər elm sahələrində güclü Azərbaycan alimlərinin olduğunu bildirərək, elm sahəsində əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

 

Rektor hazırda universitetdə Azərbaycanın ADA Universitetindən ayrılmış təhsil kvotası üçün tələbələrin seçiminin aparıldığı barədə məlumat verib.

 

A.Həsənov bildirib ki, diplomatların hazırlığı və təhsilin keyfiyyəti baxımından ADA Universitetinin adı dünyanın ən qabaqcıl universitetləri ilə bərabər çəkilir. Onun rektoru, görkəmli alim və diplomat Hafiz Paşayev dünya universitetlərinin ən qabaqcıl təcrübələrini toplayır və bu ali təhsil ocağında tətbiq edir.

 

Görüş zamanı, həmçinin alimlərin qarşılıqlı səfərlərinin təşkili, tələbə və magistr mübadiləsi, xüsusilə, əlyazmalar sahəsində birbaşa əlaqələrin yaradılması kimi məsələlərin vacibliyi vurğulanıb.

 

Trend.az