Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Trend/az