Bakı-Sumqayıt şosesində sıxlığın aradan qaldırılması üçün sürət qatarından istifadə ediləcək

Posted by

Bakı-Sumqayıt şosesində sıxlığın aradan qaldırılması üçün sürət qatarından istifadə ediləcək“Azərbaycan Dəmir Yolları” 10 elektrik qatarının alınması üçün Asiya İnkişaf Bankı ilə danışıqlar aparır

Bakı-Sumqayıt şosesində sıxlığın aradan qaldırılması üçün sürət qatarından istifadə ediləcək

Bu il ərzində Bakı və Sumqayıt şəhərləri arasında yüngül relsli nəqliyyatın yekun variantının reallaşdırılması nəzərdə tutulub.

 

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov bildirib.

 

N. Əzməmmədovun sözlərinə görə, hazırda hər gün Bakıdan Sumqayıta və əks istiqamətdə böyük həcmdə sərnişin axını müşahidə olunur. Qeyd edilən istiqamətdə sərnişin sıxlığını azaldılması istiqamətində layihənin reallaşdırılması üçün hazırda Asiya İnkişaf Bankı (AİB) ilə danışıqlar gedir: “Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankının nümayəndələri həmin yola baxış keçiriblər. Nəticədə müəyyən olunub ki, Bakı ilə Sumqayıt arasında yüngül relsli nəqliyyat üçün 50 km yol əsaslı təmir edilməlidir. Həmçinin rabitə və siqnalizasiya sistemi yenilənməli və 10 ədəd yeni elektrik qatarları alınmalıdır. Bütün bunların dəyəri Asiya İnkişaf Bakının qərarından sonra məlum olacaq”.

 

Qeyd edək ki, iki şəhər arasında sərnişindaşımanın yaxşılaşdırması üçün Bakı sərnişin stansiyasından çıxaraq Zabratdan keçməklə Sumqayıta və Sumqayıtdan Bakıya hərəkət etməsi nəzərdə tutulan elektrik qatarı gün ərzində 800-1000 sərnişini daşıya biləcək.

 

Apa.az