Qazaxıstan mülki müdafiə sahəsində Azərbaycanla imzalanmış sazişi təsdiq edib
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Bu barədə Trend Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Sazişin predmeti qəza və ya digər fəlakət zamanı könüllü və qarşılıqlı yardımın göstərilməsi üzrə fövqəladə hallar sahəsində mütəxəssislərin öyrədilməsi və fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə sahəsində iki ölkənin səlahiyyətli orqanlarının qarşılıqlı fəaliyyəti üzrə qaydaların müəyyənləşdirilməsidir.
Trend.az