Yanvarın 15-də Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək
Yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək.
APA-nın Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezident Rəcəp Tayyip Ərdoğanın dəvəti ilə yanvarın 15-də prezident İlham Əliyev Türkiyəyə səfər edəcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Şuranın toplantısı çərçvəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq. Görüşdə iki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.
Apa.az