Azərbaycanla Niderland hərbi sahədə münasibətlər qurmaq istəyir
Müdafiə naziri Zakir Həsənov Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 13-də Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robbert Gabrielseni qəbul edib.
Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.
Trend.az