Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I
kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12,
maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8,
maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11,
maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə
688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, №
1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053,
№ 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009,
№ 7, maddə 506; 2011, №1, maddə 14, №7, maddələr 588, 603, №
12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, №
9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4,
maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495;
2014, № 2, maddələr 94, 98, № 7, maddə 770, № 8, maddə 957, №
10, maddə 1158; Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr
tarixli 1115-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 102.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.22-ci maddə
əlavə edilsin:
“102.1.22. yerli bank və xarici bankın Azərbaycan
Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə
ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi.”;
1.2. 123.1-ci maddədə “əldə edilmişdirsə,” sözlərindən sonra
“bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt
nəzərə alınmaqla” sözləri əlavə edilsin;
1.3. 161.1-ci maddədə “hər hansı rüsumlar, vergilər” sözləri “yol
vergisi istisna olmaqla, digər vergilər, rüsumlar” sözləri ilə əvəz
edilsin;
1.4. 162.1-ci maddəyə “ƏDV” sözündən sonra “və yol vergisi”
sözləri əlavə edilsin;
1.5. 185-ci maddə üzrə:
1.5.1. 185.1-ci maddənin birinci cümləsindən “və tütün
məmulatları” sözləri çıxarılsın, həmin cümlədə “aksiz” sözündən sonra
“, yol vergisi” sözləri əlavə edilsin;
1.5.2. 185.2-ci maddənin birinci bəndində “üzən vasitələr”
sözlərindən sonra “, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik
və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə
salınmış və bərkidilmiş almaz” sözləri, “aksiz” sözündən sonra “, yol
vergisi” sözləri əlavə edilsin;
1.5.3. 185.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü bənd
əlavə edilsin:
“İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər
qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət
məmulatlarına görə – qızılın min çəki vahidindəki miqdarı, emal
olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə –
almazın karatıdır.”;
1.6. 188-ci maddə üzrə:
1.6.1. 188.1.1-ci maddədə “və 600 ədəd siqaretin” sözləri “, 600
ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər
məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış
və bərkidilmiş 0,5 karat almazın” sözləri ilə əvəz edilsin;
1.6.2. aşağıdakı məzmunda 188.1.5-ci maddə əlavə edilsin:
“188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində
yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş,
çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan
Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün
idxal olunan qızıl.”;
1.7. 190-cı maddə üzrə:
1.7.1. 190.1-ci maddənin beşinci bəndinin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə
aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:
“- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər
məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və
bərkidilmiş almaz.”;
1.7.2. 190.2-ci maddəyə “üzən vasitələr” sözlərindən sonra “,
habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət
məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və
bərkidilmiş almaz” sözləri əlavə edilsin;
1.7.3. 190.3.1-ci maddədə “0,8” rəqəmləri “2,0” rəqəmləri ilə,
190.3.2-ci maddədə “0,5” rəqəmləri “2,0” rəqəmləri ilə, 190.3.3-cü
maddədə “0,2” rəqəmləri “6,0” rəqəmləri ilə, 190.3.4-cü maddədə
“0,2” rəqəmləri “2,5” rəqəmləri ilə, 190.3.6-cı maddədə “0,08”
rəqəmləri “0,2” rəqəmləri ilə əvəz edilsin;
1.7.4. 190.3.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“190.3.7. siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik
siqarlar) – 1000 ədədinə 10,0 manat;”;
1.7.5. aşağıdakı məzmunda 190.3.8-ci maddə əlavə edilsin:
“190.3.8. tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri –
1000 ədədinə 4,0 manat.”;
1.7.6. 190.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“190.4. Azərbaycan Respublikasına idxal olunan minik
avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər
üçün nəzərdə tutulan digər üzən vasitələrə, habelə idxal olunan
platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları,
emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza
aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
190.4.1. minik avtomobillərinə, istirahət və ya idman üçün
yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə
görə:
Vergitutma obyektinin adı-Minik avtomobilləri:
– mühərrikin həcmi 2000
kubsantimetrədək olduqda
Aksiz dərəcəsi -Mühərrikin həcminin hər
kubsantimetrinə görə – 0,20
manat
Vergitutma obyektinin adı– mühərrikin həcmi 3000
kubsantimetrədək olduqda
Aksiz dərəcəsi -400 manat + mühərrikin
həcminin 2001-3000kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə – 1,5
manat
Vergitutma obyektinin adı– mühərrikin həcmi 4000
kubsantimetrədək olduqda
Aksiz dərəcəsi -1900 manat + mühərrikin
həcminin 3001-4000
kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə – 4
manat
Vergitutma obyektinin adı– mühərrikin həcmi 5000
kubsantimetrədək olduqda
Aksiz dərəcəsi -5900 manat + mühərrikin
həcminin 4001-5000
kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə – 8
manat
Vergitutma obyektinin adı– mühərrikin həcmi 5000
kubsantimetrdən çox olduqda
Aksiz dərəcəsi -13900 manat + mühərrikin
həcminin 5000
kubsantimetrdən çox olan
hissəsi üçün hər
kubsantimetrə görə – 10
manat
Vergitutma obyektinin adı-İstirahət və ya idman üçün yaxtalar
və bu məqsədlər üçün nəzərdə
tutulan digər üzən vasitələr
Aksiz dərəcəsi -Mühərrikin həcminin hər
kubsantimetrinə görə – 3
manat
190.4.2. idxal olunan platinin hər qramına görə – 2,0 manat;
190.4.3. idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və
digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:
190.4.3.1. qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz
yetmiş beş) olduqda, hər qramına görə – 0,8 manat;
190.4.3.2. qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz)
olduqda, hər qramına görə – 1,0 manat;
190.4.3.3. qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz
səksən beş) olduqda, hər qramına görə – 1,2 manat;
190.4.3.4. qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz
əlli) olduqda, hər qramına görə – 1,5 manat;
190.4.3.5. qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz
əlli səkkiz) olduqda, hər qramına görə – 1,8 manat;
190.4.3.6. qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz
doxsan doqquz) olduqda, hər qramına görə – 2,0 manat;
190.4.4. idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə
salınmış və bərkidilmiş almazın 1 karatı üçün 200 manat (aksiz
dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:
190.4.4.1. almazın bir ədədinin miqdarı 1 karatdan aşağı
olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq
azaldılır;
190.4.4.2. almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı
olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının
hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:
190.4.4.2.1. 1 karatdan 2 karatadək olduqda – 2,0;
190.4.4.2.2. 2 karatdan 3 karatadək olduqda – 3,0;
190.4.4.2.3. 3 karatdan 4 karatadək olduqda – 4,0;
190.4.4.2.4. 4 karatdan 5 karatadək olduqda – 5,0;
190.4.4.2.5. 5 karatdan yuxarı olduqda – 10,0.”.
1.8. 199-cu maddə üzrə:
1.8.1. 199.4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“199.4.3. mexaniki nəqliyyat vasitələrinin;”;
1.8.2. aşağıdakı məzmunda 199.10-cu maddə əlavə edilsin:
“199.10. Müəssisələrin balansında olan, sərnişin və yük
daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli
olan əmlak vergisinin məbləği 25 faiz azaldılır.”;
1.9. 209-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin
ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat
vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan
Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və
maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin
ödəyiciləridir.”;
1.10. 210-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan
Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı
olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan
Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən
(topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən
avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin
vergitutma obyektidir.”;
1.11. 211-ci maddə üzrə:
1.11.1. 211.1-ci maddədə “daxil olan” sözlərindən sonra “və
Azərbaycan Respublikasının ərazisini tərk edən” sözləri əlavə edilsin,
“şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat
vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat
vasitələrindən vergi” sözləri “istehsal edilərək daxili istehlaka
yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə
idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə
yol vergisi” sözləri ilə əvəz edilsin;
1.11.2. 211.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal
edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil
benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər
litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat
əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel
yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər
litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə
(ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.”;
1.11.3. aşağıdakı məzmunda 211.4-cü maddə əlavə edilsin:
“211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək
daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel
yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət
dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal
edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol
vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük
orqanları tərəfindən həyata keçirilir.”;
1.12. 212-ci maddə üzrə:
1.12.1. 212.2-ci və 212.4-cü maddələr ləğv edilsin;
1.12.2. 212.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil
benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan
şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı
ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına
təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.”.
Maddə 2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il.
AzərTac.az