Azərbaycanda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə yeni tədbirlər həyata keçiriləcək

Posted by

Azərbaycanda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə yeni tədbirlər həyata keçiriləcəkAzərbaycanda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə yeni tədbirlər həyata keçiriləcək

Azərbaycanda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə yeni tədbirlər həyata keçiriləcək

Azərbaycanda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi-sosial reabilitasiyası məqsədilə yeni tədbirlər həyata keçiriləcək.

 

APA-nın xəbərinə görə, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında (2014-2018-ci illər) qeyd olunub ki, 2014-2018-ci illər ərzində əlilliyin səbəbi olan genetik xəstəliklərin öyrənilməsi məqsədi ilə laboratoriyaların yaradılması və əhali arasında sağlam həyat tərzinin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının davamlı olaraq yaxşılaşdırılması və onlara profilaktik tibbi-sosial reabilitasiya xidmətlərin göstərilməsi məqsədi ilə Bakı şəhərində və regionlarda sağlamlıq sanatoriyalarının, idman sağlamlıq mərkəzlərinin yaradılması, loqoped və pedaqoq ixtisası olan şəxslərin müxtəlif profilli reabilitoloq ixtisaslarına yiyələnmələri üçün müasir tədris proqramları əsasında ixtisaslaşdırılmış kursların təşkili nəzərdə tutulub.

 

Bundan əlavə, həmin illər ərzində müvafiq qurumlara Bakıda və respublikanın digər böyük şəhərlərində surdoloji mərkəzlərin açılması, bu mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyətinin hazırlanması, anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulagın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilməsi və bu əməliyyatın dövlət vəsaiti hesabına həyata keçirilməsi, neonatal mərhələdə uşaqların eşitmə və görmə qabiliyyətinin müəyyən olunması, uşaqlar üçün regional tibbi-sosial reabilitasiya müəssisələrinin təşkil edilməsi və icma-əsaslı sosial reabilitasiya xidmətlərinin yaradılması kimi tapşırıqlar verilib.

 

Milli Fəaliyyət Proqramında həmçinin inkişafdan geri qalmış uşaqlara və onların valideynlərinə, yaxın qohumlarına psixoloji və metodik köməklik göstərilməsi məqsədilə tibb müəssisələrində kabinetlərin yaradılması, reabilitasiya vasitələrinin istehsalı sənayesinin yaradılması üçün təkliflərin hazırlanması, Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması əks olunub.

 

Apa.az