Bu il AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin planı təsdiq olunub
Bu il Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin planı təsdiq olunub.
AMEA-dan APA-ya verilən xəbərə görə, planda 2015-ci il üçün AMEA-da 9 beynəlxalq və 25 respublika səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulur.
Tədbirlər haqqında ətraflı məlumatları məsul təşkilatlardan və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsindən əldə etmək olar.
Apa.az