Azərbaycanda müayinədən keçirilən 650 mindən çox uşaqda xəstəlik aşkar olunub

Posted by

Azərbaycanda müayinədən keçirilən 650 mindən çox uşaqda xəstəlik aşkar olunubAzərbaycanda müayinədən keçirilən 650 mindən çox uşaqda xəstəlik aşkar olunub

Azərbaycanda müayinədən keçirilən 650 mindən çox uşaqda xəstəlik aşkar olunub

Ötən il Azərbaycanda icbari dispanserizasiyadan keçirilən uşaqlarla bağlı statistik göstəricilər açıqlanıb

 

Ötən il Azərbaycanda icbari dispanserizasiyadan keçirilən uşaqların sayı açıqlanıb.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, 2014-cü ildə 0-17 yaş arasında müayinə olunmalı uşaqların sayı 2 548 200 nəfər olub. Onlardan 1957174 icbari tibbi müayinə edilib, 591026 uşaq isə müayinədən keçirilməyib (472821 nəfəri yaşayış ünvanının dəyişməsi ilə əlaqədar, 118205 nəfəri digər səbəblərdən).

Azərbaycanda müayinədən keçirilən 657096 nəfər uşaqda xəstəlik aşkar olunub. Onlardan dispanser qeydiyyata alınan uşaqların 406488 nəfər təşkil edib. 75990 nəfər uşaq sağalma ilə dispanser qeydiyyatdan çıxarılıb. 61086 uşaq hospitalizasiya olunub, 20952 sanator müalicəyə göndərilib.

 

Apa.az