Azərbaycanla Belarus arasında maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilib

Posted by

Azərbaycanla Belarus arasında maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilibAzərbaycanla Belarus arasında maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Belarus arasında maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçi qəbul etmişdir.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmiş, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulamışdır. İqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı barədə məlumat vermiş, Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd etmişdir.

 

Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirmiş, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulamışdır.

 

Görüşdə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamikanın müşahidə edildiyi, bununla belə bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş imkanların olduğu diqqətə çatdırılmış, dövlət başçılarının görüşləri zamanı əldə edilmiş razılaşmaların icrası məqsədilə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də maşınqayırma və kənd təsərrüfatı sahəsində əməkdaşlığa, eləcə də sənaye parkları və sənaye məhəllələrinə, aqroparklara, birgə biznes forumların və sərgilərin keçirilməsinə dair müzakirələr aparılmışdır.

 

Trend.az