Azərbaycanda 2015-ci il üçün məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarının saxlanılmasına ayrılan vəsaitin məbləği açıqlanıb
Azərbaycanını 2015-ci il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 1.227.080.304,0 manat vəsait ayrılıb.
APA-nın məlumatına görə, prezident İlham Əliyevin ötən gün təsdiq etdiyi “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunda ölkənin büdcəsindən məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarının saxlanılmasına ayrılacaq vəsaitlər açıqlanıb.
Məlumata görə, həmin vəsaitin 52.317.063,0 manatı məhkəmə hakimiyyəti, 913.902.007,0 manatı hüquqmühafizə, 59.566.142,0 manatı prokurorluq, 201.295.092,0 manatı isə digər kateqoriyalara aid edilməyən xidmətlərə ayrılıb.
Apa.az