Şəhid əsgərimizin medalı ailəsinə təqdim olunub
[thumb=left]http://www.azhumanrights.az/az/uploads/posts
Şəhid Fətəlizadə Rüfət Nazim oğlunun medalı ailəsinə təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Fətəlizadə Rüfət Nazim oğlunun dekabrın 17-də Ağsu rayonunun Padar kəndində anım mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstələri qoyulub.
Mərasimdə çıxış edən polkovnik Elşad Əbilov bildirib ki, 2014-cü ilin yanvar ayında hərbi xidmətə çağırılan R.Fətəlizadə ilk gündən ordu həyatında nizam-intizamlı, çalışqan, qorxmaz və cəsarətli əsgər kimi tanınıb, döyüş tapşırıqlarını vicdanla yerinə yetirib. O, 2014-cü il avqustun 9-da Tovuz rayonu istiqamətində torpaqlarımıza düşmən tərəfindən edilən təxribatın qarşısının alınması zamanı şücaət göstərərək şəhid olub.
Ağsu rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Kərimov, el ağsaqqalı, qocaman müəllim Sabir Umudov, məktəb direktoru Güllü Quliyeva və başqaları öz çıxışlarında Vətənə, xalqa layiq övlad böyütdüklərinə görə şəhidin ailəsinə minnətdarlıq ediblər.
Çıxışlardan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi \”Hərbi xidmətdə fərqlənməyə görə\” 3-cü dərəcəli medal şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən onun qardaşı Əmrah Fətəlizadəyə təqdim olunub.
Şəhidin atası Nazim Fətəlizadə göstərilən diqqətə, hər bir şəhidin xatirəsinin daim uca tutulduğuna görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib, qəhrəman oğullarımızın qisasının yerdə qalmayacağına əminliyini ifadə edib.
Trend.az
/2014-12/1418905270_sehid_medal_181214_1.jpg[/thumb]