Azərbaycanda dövlət qulluqçularının peşə bacarıqları təkmilləşdirilir

Posted by

Azərbaycanda dövlət qulluqçularının peşə bacarıqları təkmilləşdirilirAzərbaycanda dövlət qulluqçularının peşə bacarıqları təkmilləşdirilir

Azərbaycanda dövlət qulluqçularının peşə bacarıqları təkmilləşdirilir

Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə bildiriblər ki, dekabrın 18-dən etibarən Komisssiya tərəfindən “Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir. Təlim yerli icra hakimiyyəti orqanlarında, habelə apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələrdə və Bakı şəhərinin rayon məhkəmələrində kadr və etik məsələlərə məsul olan əməkdaşlar üçün təşkil olunur.

 

Tədbir Azərbaycan Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına və Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən keçirilir.

 

Təlim dövlət orqanlarında işləyən dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və dövlət quluqçularının xidməti fəaliyyətin qiymətləndirilməsinin təşkili, qiymətləndirilmənin məqsədləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin tətbiqi ilə bağlı çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə edir.

 

Tədbiri giriş nitqi ilə açan Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimatdan sonra iştirakçılara “Tapşırıqların müəyyən edilməsi”, “Meyarların mühümlük dərəcəsinin müəyyən edilməsi” və “Qiymətləndirilmənin aparılması” mövzularını əhatə edən praktiki tapşırıqlar verilib.

 

Təlimin ikinci hissəsində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda Komissiyanın Hüquq söbəsinin müdir müavini, Normativ-hüquqi aktların layihələrinin hazırlanması və qanunvericiliyin tətbiqinə nəzarət sektorunun müdiri Elvin Əliyev, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları” mövzusunda isə təqdimatla Komissiyanın Hüquq şöbəsinin Dövlət qulluqçularının etik davranışına nəzarət və xidməti fəaliyyətin qiymətləndirilməsi sektorunun müdiri Nərmin Bayramova çıxış ediblər.

 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılıb.

 

Təlim dekabrın 19-da başa çatacaq.

 

Trend.az