Obama ABŞ-ın 2015-ci il üçün dövlət büdcəsini təsdiqləyib

Posted by

Obama ABŞ-ın 2015-ci il üçün dövlət büdcəsini təsdiqləyibObama ABŞ-ın 2015-ci il üçün dövlət büdcəsini təsdiqləyib

Obama ABŞ-ın 2015-ci il üçün dövlət büdcəsini təsdiqləyib

Prezident Barak Obama dekabrın 16-da ABŞ-ın 2015-ci il üçün federal büdcəsi haqqında qanunu təsdiqləyib.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, büdcə layihəsi ABŞ Konqresi Senatının dekabrın 13-də keçirilmiş növbədənkənar iclasında qəbul olunub.

 

Qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.

 

Senatda qanun layihəsinin lehinə 56, əleyhinə 40 senator səs verib.

 

Qeyd edək ki, ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərib.

 

Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunub.

 

Apa.az