Malta Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
Dekabrın 17-də Malta Respublikasının Baş naziri Cosef Muskatın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Malta Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Malta Respublikasının Baş naziri Cosef Muskatı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
AzərTac.az