Bələdiyyələrlə bağlı bir sıra qanunlara dəyişiklik edilib
Azərbaycan parlamenti bələdiyyələrlə bağlı bir sıra qanunlara dəyişiklik edib.
APA-nın məlumatına görə, layihələr barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
Onun sözlərinə görə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” , “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər təklif edilir.
Sənədlər səsə qoyularaq qəbul olunub.
Apa.az