Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 22-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 11:00-da Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində (Şirvan şəh, Gülbala Şıxbala oğlu küçəsi) başlanacaq qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcək.
Qəbul üçün vətəndaşların qeydiyyatı 16-21 dekabr saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.
Apa.az