Azərbaycan AŞPA-ya məhkəmə sisteminə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq etdi

Posted by

Azərbaycan AŞPA-ya məhkəmə sisteminə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq etdiAzərbaycan AŞPA-ya məhkəmə sisteminə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq etdi

Azərbaycan AŞPA-ya məhkəmə sisteminə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq etdi

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinə insan haqlarının müdafiəsi mövzusundan ölkənin məhkəmə sisteminə birbaşa müdaxilə məqsədilə istifadə olunmasının yolverilməzliyi barədə xəbərdarlıq edib. Trend xəbər verir ki, bu barədə “PR Newswire” saytı yazıb.

 

Sayt yazır ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov Azərbaycanda insan haqları mövzusunun müzakirə olunduğu AŞPA-nın Hüquqi məsələlər və insan haqları komitəsininParisdə keçirilən iclasından sonra müraciətlə çıxış edib.

 

Azərbaycan üzrə məruzəçi Pedro Aqramunt öz hesabatında Azərbaycanda insan haqları məsələsini qaldırıb və onu hüquqi kontekstdə həll etməyə çağırıb. Əlavə edib ki, həmin şəxslər Avropa İnsan Haqları Məhkəməsinin xidmətlərinə müraciət etməlidirlər.

 

E.Süleymanovun sözlərinə görə, bu barədə razılığa baxmayaraq, AŞPA-da bu məsələdən Azərbaycana siyasi təzyiq üçün istifadə etməyə çalışan qüvvələr qalır.

 

Süleymanov AŞPA üzvlərini Azərbaycan məhkəmələrində cinayət işlərinin dinləmələri keçirilən şəxslərin həbsdən azad edilməsinə dair tələblərin yolverilməzliyi barədə xəbərdar edib.

 

Trend.az