Serbiya parlamentinin sədri: “ATƏT-ə sədrliyimiz dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik”

Posted by

Serbiya parlamentinin sədri: “ATƏT-ə sədrliyimiz dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik”“Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Serbiya parlamentinin sədri: “ATƏT-ə sədrliyimiz dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik”

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Serbiya Milli Məclisinin sədri xanım Maya Qoykoviçlə görüşüb.

 

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu deyib. O bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanıb və iqtisadi münasibətlərin inkişafı üçün geniş potensial mövcuddur. Görüşdə qonağa Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. O. Əsədov hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının işinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Maya Qoykoviç isə qeyd edib ki, 2015-ci ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk Qrupunun işinin canlandırılması üçün əlindən gələni edəcək. O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını söyləyib.

 

Görüşdə Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Məlahət İbrahimqızı, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov, Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

Apa/az