ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar barədə qanun layihəsini qəbul edib

Posted by

ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar barədə qanun layihəsini qəbul edibABŞ Senatı Rusiyaya qarşı sanksiyalar barədə qanun layihəsini qəbul edib

ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar barədə qanun layihəsini qəbul edib

ABŞ Senatı cümə axşamı prezident Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq imkan verən qanun layihəsini qəbul edib. Sənəd həmçinin Ukraynaya hərbi yardım göstərilməsinə icazə verir. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

 

Bir sıra senatorlar – həm respublikaçılar, həm də demokratlar tərəfindən təklif edildiyi qanun layihəsi dövlət başçısına “Rusiya Federasiyasının nümayəndələrinə həmçinin Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərinə” qarşı sanksiyaların tətbiqi hüququnu verir.

 

Xüsusilə, sənəd “xarici nümayəndələrinə qarşı sanksiyaların tətbiqinin”, əgər ABŞ prezidenti “müəyyənləşdirəcək ki, onlar neftlə bağlı müəyyən Rusiya layihələrinə ciddi vəsait qoyuluşların edəcəyi” halda mümkünlüyünü nəzərdə tutur.

 

Bundan başqa, qeyd edilir ki, “əgər prezident qərara gəlsə ki, “Qazprom” NATO-ya daxil olan ölkələrdən, həmçinin Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrdən böyük həcmdə qaz alsa, o zaman (şirkətə qarşı) 45 gündən gec olmayaraq sanksiyalar tətbiq etməlidir”.

 

Sanksiyalar həmçinin “Rosoboroneksport” və digər Rusiya şirkətləri barəsində tətbiq edilə bilər.

 

Sənəd Kiyevə 2015-ci ildə 350 milyon dollar məbləğində birbaşa hərbi yardım ayrılması imkanını nəzərdə tutur.

 

Həmçinin qanun layihəsi Suriya müxalifətinə yardım ayrılmasını nəzərdə tutur. Bu onunla əlaqədardır ki, Bəşər Əsəd hökuməti Rusiya istehsalı olan silahlara malikdir.

 

Hazırda qanun layihəsi ABŞ Konqresinin nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq.

 

Trend/az