Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq müzakirə olundu

Posted by

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq müzakirə olunduAzərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq müzakirə olundu

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq müzakirə olundu

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin milli müdafiə nazirinin müavini Həsən Kamal Yardımçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun da iştirak edib.

 

Trend/az