Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb
Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin IV üçtərəfli görüşü başlayıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili iştirak edir.
Qeyd edək ki, toplantıdan əvvəl Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər keçirilib.
Apa.az