Azərbaycandakı hərbi attaşelərlə ilin yekunları müzakirə olunub

Posted by

Azərbaycandakı hərbi attaşelərlə ilin yekunları müzakirə olunub Azərbaycandakı hərbi attaşelərlə ilin yekunları müzakirə olunub

Azərbaycandakı hərbi attaşelərlə ilin yekunları müzakirə olunub

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantını açaraq “Müdafiə islahatları” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirib.

 

Görüşdə “Uzadılmış münaqişə və regional təhlükəsizlik” mövzusunda məruzə ilə çıxış edən polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri və münaqişənin həlli yollarını qonaqların diqqətinə çatdırıb.

 

Toplantının sonunda hərbi attaşeləri maraqlandıran suallara aydınlıq gətirilib.

 

Trend/az