Bakıda dənizdə enerji infrastrukturunun mühafizəsinə dair beynəlxalq hərbi tədbir keçiriləcək
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 9-dan 12-dək Bakı şəhərində “Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması” mövzusunda növbəti seminar təşkil ediləcək.
Bundan əlavə, dekabrın 10-dan 12-dək isə Belçikanın paytaxtı Brüssel şəhərində “Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi” (ePRIME) kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Trend.az