Azərbaycanlı hərbi həkimlər dünyada ilk dəfə unikal cərrahi əməliyyat aparıblar

Posted by

Azərbaycanlı hərbi həkimlər dünyada ilk dəfə unikal cərrahi əməliyyat aparıblar

Azərbaycanlı hərbi həkimlər dünyada ilk dəfə unikal cərrahi əməliyyat aparıblar

 

Azərbaycanlı hərbi həkimlər dünyada ilk dəfə unikal cərrahi əməliyyat aparıblar

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək Damar Mərkəzində dünyada ilk dəfə ürəyin tac arteriyasında unikal əməliyyat həyata keçirilib.

 

Trend xəbər verir ki, bunu Hospitalın Ürək Damar Mərkəzinin rəisi, doktor Anar Əmrah bu gün keçirilən mətbuat konfransında deyib.

 

Mərkəzin rəisinin sözlərinə görə, kəskin miokard infarkt diaqnozu ilə noyabrın 15-də müraciət edən Şahin Qurbanov adlı xəstədə təcili angioqrafiya nəticəsində ektazik, yəni genişlənmiş tac ana damarın tamamilə trombla tutulması halı aşkarlanıb: “Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik dərmanların tətbiqinə baxmayaraq, uğurlu nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə çox idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateter və gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizis xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə onu tac arteriyasına tətbiq etdik və uğurlu nəticəyə nail olduq”.

 

Həkim qeyd edib ki, 12 saatlıq müalicədən sonra damarlara təkrar angioqrafiya yolu ilə baxılıb və trombla tutulmuş damarın tamamilə açıldığı məlum olub. Xəstədə sürətli yaxşılaşma müşahidə edilib və o, kafi vəziyyətdə evə buraxılıb: “Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər imza atıblar. Əminliklə deyə bilərik ki, Hərbi Hospitalımız öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır”.

 

A.Əmrah əlavə edib ki, bu il noyabrın 8-də Ürək Damar Mərkəzində Azərbaycanda ilk dəfə daha bir əməliyyat icra olunub. Əməliyyat 73 yaşında ciddi aorta qapaq darlığı ilə ürəyin artım fraksiyası 25% olan xəstənin üzərində bud arteriyasından girilərək anesteziya verilmədən, döş qəfəsi açılmadan kateterlə aorta qapağının yerləşdirilməsi həyata keçirilib. Əməliyyat uğurlu alınıb və daha sonra xəstə kafi vəziyyətdə evə buraxılıb.

 

Trend.az